Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bank Silk Way” və “Mydutyfree” xidməti ilə “duty-free” mağazalarında hədiyyəli endirim əldə edə bilərsiniz

Artıq SW Bank müştəriləri Heydər Əliyev adına Beynəlxalq Hava Limanında alış-veriş zamanı 12 faizlik endirim əldə edə biləcəklər!

“Bank Silk Way” və “Mydutyfree” xidməti ilə “duty-free” mağazalarında hədiyyəli endirim əldə edə bilərsiniz

SW “Miles” kartınız varsa, www.banksilkway.az saytına daxil olun və 12 faizlik promo-kodu əldə edin. Səyahətə çıxmazdan öncə mydutyfree.net saytında “duty free” məhsulları bölümünü seçin, əvvəlcədən sifariş verin və promo-kodunuzu daxil edin. Siz hava limanına gəldikdə alış-verişiniz hazır olacaqdır. Ödənişi yalnız SW Miles kartı ilə etmək lazımdır.
“Mydutyfree” sizə hava limanındakı qiymətləri öyrənmək, alış-verişi planlaşdırmaq və endirimlər əldə etmək imkanını verir. Verilmiş sifarişlərin məhsulları əvvəlcədən toplanır, bu səbəbdən səyahətçilər alış-verişlərini tez edə və uçuşdan əvvəl vaxt sərf etməyə bilərlər.
Xatırlatmaq istərdik ki, "SW Bank Miles" kartı bank kartının üstünlüklərini və "Azal Miles" proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və xidmətlərin dəyərini "Miles" kartı vasitəsilə ödəniş edərək, kartın sahibi öz hesabına ballar toplayır. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı (manat ekvivalentində) hesablanır. Ballar, həmçinin "Azerbaijan Airlines" aviaşirkətinin reyslərindən istifadə edərkən toplanılır. Əldə edilən milləri kart sahibi AZAL aviaşirkətinin reysləri zamanı pulsuz uçuş biletinə, təyyarə göyərtəsində xidmət sinfinin artırılmasına istifadə edə bilər.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.banksilkway.az saytına, (012) 931 sorğu mərkəzinə və ya bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/swbankmiles müraciət etmək olar.
“Xalq qəzeti”

16 2018 22:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə