Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Konvensiya regiona sülh və tərəqqi gətirəcək

Konvensiya regiona sülh və tərəqqi gətirəcək

Xəzər dənizinin statusuna dair Konvensiyanın imzalanması təkcə region dövlətləri və xalqlarının təhlükəsizliyi üçün deyil, bütövlükdə, dünyada sülh və sabitliyin təmin olunması üçün olduqca böyük əhəmiyyəti olan tarixi hadisədir. 
Bu məsələ ilə bağlı artıq 22 il idi ki, ən yüksək səviyyədə müzakirələr aparılırdı. Xəzəryanı ökələrin liderləri bu vacib məsələdə, nəhayət, ümumi məxrəcə gəldilər və bu mühüm sənədi imzaladılar. 
Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin qeyd etdiyi kimi, Konvensiya regionda iqtisadi inteqrasiya proseslərini sürətləndirəcək. Təbii ki, qarşılıqlı fayda əsasında qurulan iqtisadi əlaqələr bölgə xalqlarına sülh, rifah və tərəqqi gətirəcək. 
Mən uzun illər ölkəmizin neft sənayesi üzrə elmi-tədqiqat müəssisələrində çalışmışam. Heç kəsə sirr deyil ki, Xəzərdə zəngin enerji ehtiyatları mövcuddur. Bu ehtiyatlardan faydalanmaq yalnız sülh şəraitində mümkündür. Əminəm ki, bundan sonra Xəzər sahili ölkələrin bir-birlərinə hörmət və etimadı daha da güclənəcək. 
Ulu öndər Heydər Əliyev Xəzər dənizinin zəngin enerji ehtiyatlarının Avropa, dünya bazarlarına çıxması üçün böyük işlər görmüşdür. Aktauda konvensiyanın imzalanması ilə Azərbaycanın bu istiqamətdə imkanları daha da artacaq. Axı ölkəmiz təkcə öz enerji ehtiyatlarını nəql etməyəcək, həm də böyük bir tranzit ölkəyə çevriləcək. Bu isə əlavə gəlir və maliyyə imkanları deməkdir. 
Baba ƏHMƏDLİ, 
qocaman neftçi-alim, 
texnika üzrə fəlsəfə doktoru

16 2018 22:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə