Ən son xəbərlər
“Azərkosmos” ASC “Azersky” peykinin idarəetmə infrastrukturunu təşkil edən avadanlıqların (server) ehtiyat hissələrinin satınalınması məqsədilə keçirilən açıq tenderdə təkliflərin təqdim olunması tarixi 14 yanvar 2019-cu il saat 18.00-dan 28 yanvar 2019-cu il saat 18.00-a qədər , zərflərin açılışı vaxtı isə 15 yanvar 2019-cu il saat 11.00-dan 29 yanvar 2019-cu il saat 11.00-a qədər uzadılır.
Tenderdə iddiaçı kimi iştirak etmək və tenderin əsas şərtlər toplusunu əldə etmək istəyənlər tələb olunan sənədləri (müraciət məktubu, iştirak haqqının ödənilməsi haqqında sənəd və sair) 18 yanvar 2019-cu il saat 18.00-a qədər təqdim edə bilərlər.
Maraqlanan təşkilatlar (012) 5650055 nömrəli telefonla əlaqə saxlaya bilərlər. Əlaqələndirici şəxs – təşkilatı işlər departamentinin direktoru Y.Hacıyev.
Ən son xəbərləri səhifəmizdən də izləyin