Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BEYNƏLXALQ MUĞAM MƏRKƏZİ AÇIQ TENDER ELAN EDİR

BEYNƏLXALQ MUĞAM MƏRKƏZİ AÇIQ TENDER ELAN EDİR
Tender 7 lot üzrə keçirilir.
Lot -1. Mərmər ,şüşə və kovralitin yuyulması işlərinin satınalınması. 
Lot- 2. Ventilyasiya, kondisioner, soyutma, isitmə-soyutma və su təchizatı sistemlərinə texniki servisin satınalınması.
Lot- 3. UPS sisteminin servisinin satınalınması.
Lot- 4. Dizel generator sisteminin servisinin satınalınması.
Lot -5. Yanğın söndürmə və ­tüstübaca sistemi servisinin satınalınması.
Lot- 6. Yanğın balonlarının təmiri və doldurulması servisinin satınalınması. 
Lot -7. Deratizasiya, dezinseksiya, dezinfeksiya işlərinin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Dənizkənarı Milli Park, M.Useynov prospekti 30 (Yusif Əliyevdən , telefon- (012) 497-89-72) ünvandan ala bilərlər .
İştirak haqqı lot- 1 - 275 manat ,lot -2 - 200 manat, lot- 3 və lot-6 hər biri 10 manat , lot- 4 – 15 manat, lot- 5 - 90 manat və lot -7 - 5 manatdır .
Hh-AZ20CTRE 00000000000004638301 
VÖEN-1701066551
Bank-Dövlət Xəzinədarlığı Agentliyi 
Kod- 210005
VÖEN-1401555071
M/h- AZ41NABZ 01360100000000003944
S.W.İ.F.T: CTREAZ22
Fond-7
Büdcə təsnifatının kodu- 142340
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı ,hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir ). 
Tender proseduru “Dövlət ­satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 7 fevral 2019-cu il saat 12.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 15 fevral 2019-cu il saat 12.00-a qədər Bakı şəhəri, Dənizkənarı Milli Park, M.Useynov prospekti 30 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 18 fevral 2019-cu il saat 12.00-a qədər Bakı şəhəri, Dənizkənarı Milli Park, M.Useynov prospekti 30 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
 
 
Tender komissiyası
4 2019 20:31 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 Avqust 2019 | 02:26
B İ L D İ R İ Ş
16 Avqust 2019 | 12:34
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə