Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qurban bayramı münasibətilə avqust ayı üzrə pensiyaların maliyyələşdirilməsi təmin edilib

Qurban bayramı münasibətilə avqust ayı üzrə pensiyaların maliyyələşdirilməsi təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən Qurban bayramı münasibətilə avqust ayı üzrə pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsi təmin edilib. 
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, fond avqustun 9-da Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, 10-da respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar, 15-də respublikanın digər rayonları üzrə pensiyaların maliyyələşdirilməsini həyata keçirib. Eyni zamanda, avqustun 16-da hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçıların da təqaüdlərinin maliyyələşdirilməsi başa çatdırılıb. 
Pensiyaların maliyyə təminatı üçün tələb olunan vəsaitin fondun orqanlarının xəzinə hesablarına köçürülməsi başa çatdırılıb.

16 2018 22:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Oktyabr 2019 | 17:39
Ukraynada vertolyot qəzası

Köhnə versiyamızdan xəbərləri izlə