Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaponiyalı qonaqlar İsmayıllıda

Yaponiyalı qonaqlar İsmayıllıda

Yaponiyanın İto şəhərinin nümayəndə heyəti İsmayıllıya səfər edib. Səfər İsmayıllı rayonu ilə İto şəhəri arasında imzalanan “Dostluq mübadiləsi haqqında” saziş çərçivəsində həyata keçirilir.
Səfər çərçivəsində qonaqlar rayonun milli mətbəxi, zəngin mədəniyyəti və adət-ənənələri ilə tanış olacaqlar. 
Rayon icra hakimiyyətində keçirilən görüşdə yaponiyalı qonaqlara Azərbaycanın dilbər guşəsi olan İsmayıllı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, İsmayıllı rayonu İto şəhəri ilə işgüzar əlaqələr qurub. Bu əlaqələr təhsil sahəsində uğurla davam etdirilir.
Görüşdə “İto beynəlxalq qonaqlama təşkilatı”nın üzvü – qrup rəhbəri Kazuko Işida və digərləri qonaqpərvərliyə görə minnətdarlıqlarını bildiriblər. 
Qeyd edək ki, Yaponiyadan gələn nümayəndə heyətinin üzvləri səfər proqramına müvafiq olaraq, avqustun 24-dək rayonla tanış olacaq, bir neçə ailədə qonaq qalacaqlar. 

16 2018 22:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə