Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənc Tamaşaçılar Teatrı ötən ili uğurla başa vurub

Gənc Tamaşaçılar Teatrı ötən ili uğurla başa vurub

Bu barədə məlumat verən teatrın mətbuat xidmətinin rəhbəri Pərvin Nurəliyeva deyib: “Ötən il Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi keçirildi. Yubiley təntənəsinə hazırlıq, yeni əsərlərin repertuara daxil edilməsi, ölkə başçısının Sərəncamı ilə bir sıra əməkdaşlarımızın fəxri adlarla təltif edilməsi və bu kimi hadisələr 2018-ci ili teatrımızın həyatında yaddaqalan ilə çevirdi. Tamaşaçılarımız teatrın repertuarına son dərəcə maraqla yanaşırlar. Belə ki, Əməkdar artist Nicat Kazımovun quruluşunda hazırlanan “Bremen musiqiçiləri” və baş rejissor Bəhram Osmanov tərəfindən quruluş verilən “Don Kixot” tamaşası teatrın ən uğurlu işlərindən oldu”.

P.Nurliyeva ötən ilin əlamətdar hadisəsi kimi yubiley tamaşasını da xüsusi vurğulayıb: “Yubiley tədbirimizdə teatrımızın 90 ildə keçdiyi yola baxış sərgiləndi. Vaqif Əsədovun quruluşunda hazırlanan yubiley tədbirində ölkənin, xalqın taleyi ilə sənətin taleyi paralel göstərildi”.

Teatrın 2019-cu il üçün repertuar planlarını vaxtından əvvəl açıqlamağı məqbul hesab etməyən P.Nurəliyeva yalnız onu bildirib ki, növbəti ildə E.Şmidtin “Tanrıya 14 məktub” əsərinin Nicat Kazımovun quruluşunda tamaşaya qoyulması planlaşdırılır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

4 2019 12:18 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə