Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dörd yeni tamaşa hazırlanacaq

Dörd yeni tamaşa hazırlanacaq

Abdulla Şaiq adına Dövlət Kukla Teatrı ötən il dörd yeni tamaşanı təhvil verib.

Teatrın mətbuat xidmətindən bildiriblər ki,  teatrların yaradıcılıq həyatı bu il də qaynar olub: "Ötən mövsümdə 4 yeni tamaşa təhvil verdik. Ərəb xalq nağılları əsasında hazırlanmış "Əlibaba və qırx quldur", Ceyms Barrinin dünyaca məşhur "Piter Pen"i, "Şəngülüm, Məngülüm" kimi tamaşaları xüsusi vurğulamaq istərdim. Ötən il festivallarda uğurlu iştirakla da əlamətdar oldu. Teatr təmsilçilərimiz oktyabrın 5-14-də Moskvada keçirilən S.V.Obraztsov adına IX Beynəlxalq Kukla Teatrları Festivalında uğurla iştirak edib. Aprelin 22-dən  30-dək İran İslam Respublikasının Məşhəd şəhərində keçirilən birinci "Cigi-Cigi" Beynəlxalq Perfomans və Sənət Festivalında da təmsil olunduq. Sentyabrın 22-dən 24-dək isə Rusiyanın Həştərxan Vilayətində keçirilən "Xəzərin sahili" adlı VI Beynəlxalq Teatr Festivalında da milli kukla sənətimizi təmsil etdik".

Həmidə Rüstəmova qeyd edib ki, sənət ocağının yaradıcı kollektivi növbəti ilə də xüsusi hazırlaşır: "Növbəti ilə maraqlı tamaşalar hazırlayırıq. Bu tamaşaların indidən məşqləri gedir. 2019-cu ildə hazırlanacaq tamaşaların planları tərtib olunub. Yeni təqvim ilində dörd yeni tamaşa hazırlanacaq. İlk premyera yanvarın sonuna nəzərdə tutulur".

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

4 2019 12:12 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə