Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UNEC brendi Türkiyədə də dövlət qeydiyyatına alındı

UNEC brendi Türkiyədə də dövlət qeydiyyatına alındı

Azərbaycan Dövlət İqtisad Universitetinin brendi olan “UNEC” Türkiyədə “Turk Patent və Marka Kurumu” tərəfindən də tanınıb.

UNEC markası Türkiyədəki universitetlər arasında ən çox yayılan 09,16, 35, 41 və 42  saylı təsnifatlara daxil olan xidmət və məhsulları əhatə edir. Bura təhsil və tədris xidmətləri, nəşr, jurnal, kitab, təqvimlər, eləcə də elm və sənaye ilə bağlı tədqiqat və tədqiqat xidmətləri, elmi inkişaf və araşdırma xidmətləri, keyfiyyət və standartların müəyyən edilməsi məqsədi ilə məhsul və xidmətlərin test olunması fəaliyyəti, reklam materialları, bu istiqamətdə digər xidmət və məhsullar daxildir. 

Şərtlərə əsasən, növbəti 10 il ərzində UNEC brendi “Turk Patent və Marka Kurumu”” tərəfindən də qorunacaqdır. Bir neçə xarici ölkə tərəfindən UNEC brendinin tanınması işi isə tamamlanmaq üzrədir.

Xatırladaq ki, Azərbaycan Dövlət İqtisad Universitetinə məxsus UNEC brendi 2016-ci il yanvarın 21-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən rəsmi dövlət qeydiyyatına alınıb.

 

Elnarə Ömərova

4 2019 12:02 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə