Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ekspert: Azərbaycan illərdən bəri formalaşdırdığı siyasi kursunu bundan sonra da qətiyyətlə davam etdirmək niyyətindədir

Ekspert: Azərbaycan illərdən bəri formalaşdırdığı siyasi kursunu bundan sonra da qətiyyətlə davam etdirmək niyyətindədir

Azərbaycanın daxili və xarici siyasətinin bütün istiqamətləri üzrə seçilmiş dəyişməz yolun doğruluğunu və əldə edilmiş nəticələrin böyüklüyünü Prezident İlham Əliyevin xalqa təbrik nitqi dolğun nümayiş etdirdi.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydin Quliyev deyib.

Onun sözlərinə görə, faktlar göstərdi ki, Azərbaycan illərdən bəri formalaşdırdığı siyasi kursunu bundan sonra da qətiyyətlə davam etdirmək niyyətindədir: "Çünki bu kurs əvvəlcədən gözlənilən bütün müsbət nəticələrini verir və Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirməklə bərabər, ölkənin daxili inkişaf göstəricilərini də dinamik şəkildə yaxşılaşdırır. Prezident təbrik nitqindən istifadə edərək Azərbaycan xalqına növbəti dolğun hesabatını verdi. Xalqa aydın mesaj verildi ki, aparılan siyasətin dövlətçilik mənafelərindən kənar hər hansı hədəfləri yoxdur və cəmiyyətimizin həyatında və dövlətimizin beynəlxalq mövqelərində fasiləsiz gedən müsbət dəyişikliklər aparılan siyasətin səmərəsini ölçməyin daimi prinsipidir. Cənab Prezident əslində Azərbaycanın daxildə və dünya miqyasında apardığı siyasət barədə öz xalqı ilə açıq fikir mübadiləsi apardı. Azərbaycan xalqına 2018-ci il ərzində aparılmış sitasətin bütün elementlərinə kompleks şəkildə yenidən baxmaq imkanı verildi. Xalqımız bir daha əmin oldu ki, Azərbaycan siyasi, iqtisadi, diplomatik, ticarət, regional və qlobal proseslərə təsir, habelə xalqı müəyyən risklərdən məharətlə qorumaq baxımından əksər ölkələrdən daha məzmunlu və daha maraqlı bir ili arxada qoydu".

A.Quliyev bildirib ki, Azərbaycan Avropa İttifaqı, İslam dünyası və region dövlətləri ilə faydalı əməkdaşlığını daim inkişaf etdirməyə xüsusi məqsədlərdən biri kimi baxır və baxacaq: "Həqiqətən də Prezidentin dediyi kimi, "Tərəfdaşlıq prioritetləri" sənədini imzalamaqla Aİ Azərbaycanla münasibətləri inkişaf etdirmək istəyini göstərdi. Həqiqətən də Azərbaycanın ümumdünya İslam həmrəyliyinə real töhfələri İslam Əməkdaşllq Təşkilatı tərəfindən həmişə layiqli qiymət alıb. Onu da əlavə edək ki, Ermənistandakı xunta rejiminin çökməsi əslində bu ölkənin Azərbaycana təcavüzü və işğal siyasətinin onun özünü vurmuş bumeranq effektindən başqa bir şey deyil".

Ekspert vurğulayıb ki, dövlətimizin başçısı dünyanın diqqətini Ermənistandakı müasir təlatümlərin əsl səbəbinə bir daha yönəltdi: "Dünyaya təkrar olaraq bəyan edildi ki, Azərbaycan təcavüzkar Ermənistan barədə özünü tam doğruldan indiki siyasətini məlum hədəfə çatana qədər davam etdirəcək. Ən maraqlı məqamlardan biri odur ki, Prezident Azərbaycan diplomatiyasının 2018-ci ildə Dağlıq Qarabağ məsələsində hansı üstün və ciddi mövqelərə malik olduğunu çox dəqiq göstərdi. Onu da deyək ki, Azərbaycan xalqının məhz Dağlıq Qarabağ problemi ilə əlaqədar cənab Prezidentdən aldığı azı iki mesaj strateji önəminə görə əvəzsizdir. Əvvəla, xalqımız bir daha əmin oldu ki, Azərbaycan 2019-cu ildə münaqişənin həlli ilə bağlı mühüm dəyişikliklərə nail olmağı inamla hədəfləyib və buna doğru gedir. İkincisi isə dövlət başçısı xalqımızı və bütün dünyanı bir daha xəbərdar etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas amil yenə də Azərbaycanın Silahlı Qüvvələri olaraq qalır".

4 2019 11:48 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə