Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şıxlar kəndinin sakinləri ilə səyyar görüş keçirilmişdir

Şıxlar kəndinin sakinləri ilə səyyar görüş keçirilmişdir

Bu günlərdə Şıxlar kənd əhalisi ilə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun səyyar görüşü keçirilmişdir.

Kənd əhalisi qarşısında çıxış edən N.İsmayılov kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət siyasətindən, dövlət başçısı cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışmışdır. O qeyd etmişdir ki, ölkəmizdə pambıqçılığın inkişaf etdirilməsi kənd təsərrüfatı ilə məşğul olan kənd sakinlərində böyük maraq doğurmuş, torpaq mülkiyyətçilərinin gəlirlərinin xeyli artmasına, əmək qabiliyyətli əhalinin məşğulluğunun yüksəlməsinə səbəb olmuşdur.

Tədbirdə kənd sakinlərindən fərdi təsərrüfatçı Şəhla Niftəliyeva, Uluxan Mirzəyev, Asif Zeynalov, Raziyə Zeynalova müxtəlif təkliflərlə çıxış etmişlər. Həmin təkliflər əsasında RİH başçısı aidiyyatı üzrə tapşırıqlar vermişdir.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

4 2019 11:17 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə