Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

RİH başçısı Masazır kənd sakinləri ilə səyyar qəbulu keçirilib

RİH başçısı Masazır kənd sakinləri ilə səyyar qəbulu keçirilib

Prezident  İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Abşeron rayonunda daim diqqət mərkəzində saxlanılır. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.

Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın növbəti səyyar-qəbul görüşü rayonun ən böyük yaşayış məntəqələrindən olan Masazır kəndində keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

Rayonun kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə xarakter daşıdığını vurğulayan İ.Gülməmmədov səyyar qəbulların məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edib. Masazır kənd sakinləri ilə cari ilin iyun ayının 22-də görüş keçirildiyini vurğulayan başçı ötən müddət ərzində bir çox işlərin görüldüyünü, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində mühüm addımlar atıldığını qeyd edib.

Abşeron RİH başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahlar Həsənov, Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev və digər natiqlər hesabat xarakterli çıxış edərək son bir ildə gördükləri iş, həyata keçirilən abadlıq-quruculuq işləri haqqında məlumat veriblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

4 2019 11:15 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə