Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İstanbul və Bursa akvatoriyasında dəniz reysləri təxirə salınıb

İstanbul və Bursa akvatoriyasında dəniz reysləri təxirə salınıb

İstanbul və Bursa akvatoriyasında dəniz reysləri təxirə salınıb. Trend-in məlumatına görə, reyslərin təxirə salınması barədə Türkiyənın Dəniz nəqliyyatının idarə edilməsi üzrə təşkilatından bildiriblər.

Reyslərin təxirə salınmasına səbəb akvatoriyada güclü külək və leysan xarakterli yağışın olmasıdır, dənizdə hündür dalğaların müşahidə olunduğu bildirilir.

Qeyri-sabit hava şəraitinin həftənin sonuna qədər davam edəcəyi proqnozlaşdırılıb.

Bildirilir ki, reyslərdə yaranmış bu fasilə ilə əlaqədar "Marmara" tuneli gücləndirilmiş iş rejiminə keçib.

Bundan başqa, Bursada da dəniz reysləri eyni səbəbdən dayandırılıb.

Xatırladaq ki, ötən il dekabrın 19-da İstanbul akvatoriyasında güclü külək Bəylikdüzü rayonunda bir sıra ofisləri subasmaya məruz qoymuşdu.

4 2019 10:43 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
13 Fevral 2019 | 11:59
Makedoniyanın adı dəyişdi

Köhnə versiyamızdan xəbərləri izlə