Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məktəbəhazırlıq qruplarına 41 minə yaxın uşaq cəlb olunacaq

Məktəbəhazırlıq qruplarına 41 minə yaxın uşaq cəlb olunacaq

Bu il 41 minə yaxın 5 yaşı tamam olmuş uşağın elektron sistem vasitəsilə məktəbəhazırlıq qruplarına cəlb olunması nəzərdə tutulur. Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin informasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva deyib.
Onun sözlərinə görə, bu il Bakı üzrə 940, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonları üzrə 630 məktəbəhazırlıq qruplarının olması proqnozlaşdırılır. Bu ərazilərdə ümumilikdə 1570 qrupun olması gözlənilir.
Məktəbəhazırlıq qruplarında ödənişli təhsil həyata keçirilə bilər.
Qruplarda təhsil dövlət hesabına aparılsa da qanunvericiliyə uyğun olaraq, Təhsil Nazirliyinin icazəsi ilə bir sıra təhsil müəssisələrində ödənişli şəkildə həyata keçirilə bilər. Lakin hələ ki, məktəbəhazırlıq qruplarının ödənişli olması məsələsi gündəmdə deyil..
Hazırda məktəblərdə yaradılan məktəbəhazırlıq qruplarının ödənişsiz əsaslarla fəaliyyət göstərdiyi kimi, növbəti tədris ilində ödənişsiz olacaq.

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

16 2018 22:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə