Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vergilər Nazirliyində ötən il bir sıra struktur islahatları aparılıb

Vergilər Nazirliyində ötən il bir sıra struktur islahatları aparılıb

2018-ci ildə vergi qanunvericiliyinə mühüm dəyişikliklər edilib. Bunlar sırasında struktur islahatları mühüm yer tutur. 

Xatırladaq ki, vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, vergi inzibatçılığının əlverişli biznes mühitinin formalaşdırılmasına yönəldilməsi, korrupsiya və digər neqativ hallarla mübarizə sahəsində fəaliyyətin gücləndirilməsi məqsədilə aparılan struktur islahatlarının fəlsəfəsi vergi orqanlarının əsas funksiyasının fiskal nəzarətdən vergi ödəyicilərinə xidmət prinsipinə keçirilməsi olub.

Nazirliyin aparatının yeni strukturunda Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamenti, Vergi auditi, İqtisadi təhlil və ekspertiza, Vergi siyasəti, Vergi öhdəliklərinin icrasına nəzarət, Vergi ödəyicilərinə xidmət, Dövlət qeydiyyatı və uçota nəzarət, İkitərəfli və çoxtərəfli sazişlərin icrasına nəzarət, Hüquq, Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi, Rəqəmsal vergi inzibatçılığı, İnsan resursları, Maliyyə, Daxili təhlükəsizlik departamentləri, habelə Media və Kommunikasiya Mərkəzi daxil edilib. Struktur vahidlərinin funksional fəaliyyəti və vəzifələrinin bölgüsündə də dəyişikliklər aparılıb. Yeni strukturlar ötən il iyulun 2-dən fəaliyyətə başlayıb.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

4 2019 10:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə