Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkə ərazisinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz gətirilməsinin qarşısı alınıb

Ölkə ərazisinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz gətirilməsinin qarşısı alınıb

Füzuli rayonu Bala Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 nəfərin dovlət sərhədini pozması əlamətləri aşkarlanmışdır. 
Dərhal keçirilmiş sərhəd axtarışı əməliyyatı nəticəsində 2 nəfər İran İslam Respublikası vətəndaşı, Maku şəhər sakinləri 1972-ci il təvəllüdlü Qasımzadə Həsən Əhməd və 1995-ci il təvəllüdlü Həsənzadə Həmid Hüseyn saxlanılmış, onların İrandan Azərbaycana dövlət sərhədini pozaraq ərazidə gizlətdikləri 1 kq 335 qram heroin, 570 qram tiryək, 265 qram metafitamin, 670 qram marixuana və 10 ədəd psixotrop həb aşkar olunmuşdur. 
Hadisə ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Araz-Dilağarda kəndində narkotik vasitələri qəbul etmək üçün əraziyə gəlmiş “Hunday Elantra” markalı 99 MV 667 dövlət qeydiyyat nişanlı avtomobildə Bakı şəhər sakinləri 1986-cı il təvəllüdlü Həbibullayeva Günay Qüdrət qızı, 1993-cü il təvəllüdlü Mirnağıyev Mirtağı Süleyman oğlu və İran vərəndaşı 1990-cı il təvəllüdlü Hacı Hacelo Niari İsa Ərşad saxlanılmışlar. Avtomobilə və həmin şəxslərin əşyalarına keçirilmiş baxış zamanı Həbibullayeva Günay Qüdrət qızının əl çantasından 6435 ABŞ dolları, 16400 AZN və 5-10 qram çəkidə bükümlərdə metafitamin, heroin və marixuana aşkarlanmışdır.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq DSX-nin ƏABİ-nin və DİN-in BNMİ-nin əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticə-sində İİR vətəndaşı İ.Niarinin Bakı şəhərində yaşadığı evinə keçirilmiş baxış zamanı 100 qram heroin narkotik vasitəsi aşkar edilmişdir. 
Bu mütəşəkkil cinayətkar qrupun daha bir üzvü, narkotik vasitələrin satışının təşkilatçısı Ağcəbədi rayon sakini 1975-ci il təvəllüdlü Əliyev Hümmət Yusif oğlu saxlanılmış, onun mənzilindən 1 ədəd gözyaşardıcı qaz balonu, 5 ədəd metadon və 3 ədəd “Lirika” psixotrop həbləri, 213 qram heroin və 1 qram tiryək aşkar olunaraq götürülmüşdür.
Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat idarəsi tərəfindən cinayət işi başlanılmışdır.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

16 2018 22:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 İyul 2019 | 12:52
ANAMA 21 yaşında

Köhnə versiyamızdan xəbərləri izlə