Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bugünümüzün, sabahımızın təminatçısı

Bugünümüzün, sabahımızın təminatçısı

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində 2018-ci ilin respublikamız üçün uğurlu il olduğunu, bütün istiqamətlər üzrə müsbət nəticələr qeydə alındığını, Azərbaycanın güclü ölkə kimi dünya miqyasında özünü təsdiqlədiyini diqqətə çatdırıb. 
Təbrikdə ötən il ərzində qonşu ölkələrlə yaradılan əlaqələrin yüksək səviyyədə inkişaf etməsi, sosial-iqtisadi sahələrdə əməkdaşlığın güclənməsi nəticəsində bölgədə sabitliyin daha da möhkəmlənməsi xüsusi vurğulanıb. Eyni zamanda, dünyada gərginliyin, risklərin, təhdidlərin artdığı bir şəraitdə respublikamızda xalq-iqtidar birliyi sayəsində sabitliyin, əmin-amanlığın hökm sürdüyü bildirilib.
Prezident İlham Əliyev təbrikində daha sonra deyib: “Bu il ölkəmizdə prezident seçkiləri keçirilmişdir. Azərbaycan xalqı bir daha mənə yüksək etimad göstərmişdir, mənim fəaliyyətimə yüksək qiymət vermişdir. Mən son 15 il ərzində Prezident kimi çalışmışam ki, xalqa ləyaqətlə xidmət edim. Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, Azərbaycanın gücləndirilməsi, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim. Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək”.
Xatırladım ki, dövlətimizin başçısının keçən il aprelin 11-də ümummilli etimadı qazanaraq yenidən Azərbaycan Prezidenti seçilməsi əslində, tam gözlənilən idi. Çünki ötən 15 il ərzində respublikamızı tarixin bütün dövrlərinin ən möhtəşəm və qüdrətli dövləti səviyyəsinə yüksəltməyə müvəffəq olan liderin alternativsizliyi birmənalı ictimai rəy idi və xalqın seçimi bunu bir daha sübuta yetirdi.
Prezident İlham Əliyevin rəhbərliyi altında ötən illər ərzində möhtəşəm tərəqqi yolu keçən Azərbaycanda dövlətçilik daha da inkişaf edib, ölkəmizin siyasi və iqtisadi müstəqilliyi möhkəmlənib, dünyada liberal prinsiplərə əsaslanan iqtisadi model yaradılıb və uğurla gerçəkləşdirilib. Bununla bərabər respublikamızın həm qlobal miqyasda nüfuzu yüksəlib, həm də geoiqtisadi və geosiyasi oyunçuya çevrilib, əhalinin sosial rifahı getdikcə yaxşılaşıb. Beləliklə, ulu öndər Heydər Əliyevin ideyaları layiqincə həyata keçirilib. Hazırda Azərbaycan qlobal enerji və nəqliyyat layihələrinin nüfuzlu iştirakçısına, beynəxalq tədbirlər məkanına çevrilib. 
Bəli, məhz sadalanan uğurlar xalq-iqtidar birliyi sayəsində əldə olunub. Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, xalq-iqtidar birliyi bu gün Azərbaycanı qüdrətli dövlətə çevirib, respublikamız dünya miqyasında layiqli yer tuta bilib, dünyada çox böyük hörmətə, rəğbətə, dəstəyə malik olan bir ölkə kimi tanıdıb. 

 

İbrahimxəlil İBRAHİMOV, 
Azərbaycan Respublikasının Prezidenti yanında 
Dövlət İdarəçilik Akademiyasının dosenti

3 2019 21:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə