Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycanda inkişaf və tərəqqi üçün geniş imkanlar açılır”

“Azərbaycanda inkişaf və tərəqqi üçün geniş imkanlar açılır”

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına bayram təbrikində səslənən dəyərli fikir və mülahizələr ölkə ictimaiyyətində, eləcə də xarici ölkələrdə yaşayan soydaşlarımız arasında dərin razılıq hissi ilə qarşılanıb. Vladivostokda fəaliyyət göstərən “Dostluq” – “Drujba” İctimai Təşkilatının sədri Ramiz Zeynalov telefonla bunları dedi: 
– Mən internet vasitəsilə Prezident İlham Əliyevin təbrikini dərin maraqla izlədim. Dövlətimizin başçısı haqlı olaraq qeyd etdi ki, onun amalı güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etməkdir. 
Bu səmimi sözlərdən böyük qürur duydum. Cənab Prezidentin liderliyi ilə son illər Azərbaycan həqiqətən ictimai-siyasi həyatın bütün sahələrində davamlı uğurlar əldə edib. Buna necə sevinməmək olar?! 
Təqdirəlayiq haldır ki, 2018-ci ildə Azərbaycan üçün uğurlu olub, ölkəmiz bütün istiqamətlər üzrə sürətlə inkişaf edib. Ötən il Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib. Xüsusən, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi böyük tarixi nailiyyət hesab olunmalıdır. 
Xüsusi vurğulamaq lazımdır ki, 2018-ci ildə Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli işində çox ciddi mövqelərə malik oldu. Cənab Prezidentin vurğuladığı kimi, Ermənistanda kriminal, xunta rejiminin çökməsi təcavüzkar dövlətin Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin tam iflasıdır. 
Müstəqil Azərbaycanın iqtisadi imkanları ilbəil artır. Güclü iqtisadi potensial Azərbaycanın müstəqil siyasətini şərtləndirən amildir. 2018-ci ildə Azərbaycanın qeyri-neft sənaye sektorunda 9 faizdən çox artım olmuşdur. Bu, çox yüksək göstəricidir. 
Əminəm ki, yeni, 2019-cu ildə xalqımızın uğurları daha da artacaq. O yerdə ki, sabitlik var, xalqla iqtidar arasında qarşılıqlı inam, etimad mövcuddur, orada inkişaf və tərəqqi üçün geniş imkanlar açılır. Azərbaycanın uğurlarının əsasında məhz bu mühüm amillər dayanır. 

 

Söhbəti qələmə aldı: 
M.HACIXANLI, 
“Xalq qəzeti” 

3 2019 21:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə