Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çağırışçılar təntənəli surətdə müddətli həqiqi hərbi xidmətə yola düşürlər

Çağırışçılar təntənəli surətdə müddətli həqiqi hərbi xidmətə yola düşürlər

“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 noyabr tarixli sərəncamının icrası ilə əlaqədar respublikamızın şəhər və rayonlarında çağırışçıların təntənəli surətdə hərbi xidmətə yola salınması mərasimləri başlanılıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) AZƏRTAC-a bildiriblər ki, 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları yanvarın 1-dən 30-dək şərəfli borclarını yerinə yetirmək üçün müddətli həqiqi hərbi xidmətə yola düşürlər. 
Bu münasibətlə respublikamızın şəhər və rayonlarında yolasalma tədbirləri keçirilir. 
Tədbirlərdə rayon icra hakimiyyətlərinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin şəxsi heyəti, şəhid ailələrinin, ictimaiyyətin təmsilçiləri, müharibə veteranları, çağırışçılar və onların valideynləri iştirak edirlər.
Mərasimlərdə çıxış edənlər gənclərə hərbin sirlərinə dərindən yiyələnməyi, Vətənin keşiyində ayıq-sayıq dayanmağı və müqəddəs vəzifələrini ləyaqətlə yerinə yetirməyi arzulayırlar.

3 2019 21:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə