Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək!

Güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək!

Bu günlərdə Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki xarici ölkələrdə yaşayan soydaşlarımıza böyük sevinc bəxş etdi. Dövlət başçımız bildirdi ki, 2018-ci il Azərbaycan üçün uğurlu olub, ölkəmiz bütün istiqamətlər üzrə sürətlə inkişaf edib. Bu, hər birimizi qürurlandırdı. 
Cənab Prezidentin çıxışında diqqətimi ən çox cəlb edən ötən il keçirilmiş seçkilər nəticəsində Azərbaycan xalqının ona yenidən etimad göstərməsi ilə bağlı söylədiyi fikirlər oldu. Bu da, əlbəttə, təsadüfi deyil. Çünki Azərbaycanın son 15 ildə qazandığı bütün sosial-iqtisadi uğurlar məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır. Daha vacibi isə onun qonşu ölkələrlə, xüsusən ərazicə və əhalisinin sayına görə ən böyük qonşumuz olan Rusiya ilə kifayət qədər səmərəli münasibət qurmasıdır. Bu il Prezident Vladimir Putinin Azərbaycana, Prezident İlham Əliyevin isə bir neçə dəfə Rusiyaya səfərləri reallaşıb. Bütün bunlar, şübhəsiz ki, ölkələrimiz arasında etimadın möhkəmlənməsinə, Dağlıq Qarabağ probleminin həllinə, eyni zamanda, Rusiyada yaşayan soydaşlarımızın rahat fəaliyyətinə kömək edəcək. 
Möhtərəm Prezidentimiz deyib: “Mən son 15 il ərzində Prezident kimi çalışmışam ki, xalqa ləyaqətlə xidmət edim. Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, Azərbaycanın gücləndirilməsi, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim. Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək”.
İnanırıq ki, cənab Prezidentin bundan sonrakı fəaliyyəti də xalqımızın rifahının yüksəlməsinə səbəb olacaq. 

 

Bəkir MUSTAFAYEV, 
Rusiya, Bryansk şəhəri 

3 2019 21:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə