Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Luvrda ziyarətçilərin sayında rekord yeniləndi

Luvrda ziyarətçilərin sayında rekord yeniləndi

2018-ci ildə Luvr muzeyində ziyarətçilərin sayı 10 milyon nəfəri keçməklə tarixi rekord yenilənib. Bu barədə muzeyin direktoru Lan-Lyuk Martinez bəyan edib.
Qeyd edək ki, bundan öncə rekord ziyarətçi sayı 2012-ci ildə qeydə alınmışdı. Həmin il ziyarətçilərin sayı 9,7 milyon nəfər olub.
Xatırladaq ki, Luvr Kral Sarayı muzey qismində 1793-cü ildə sənətsevərlərin üzünə açılıb. Dünyanın ən məşhur incəsənət muzeylərindən biridir. Parisin mərkəzində Sena çayının sağ sahilində yerləşən muzey sahəsinə görə (160106 kvadratmetr) dünyada üçüncü yerdədir.
Muzey yaradılarkən ora verilən kral kolleksiyası 2500 rəsm əsərindən ibarət idi. Muzeydə müxtəlif sivilizasiyalara və mədəniyyətlərə aid 300 mindən çox eksponat vardır, onların yalnız 35 mini salonlarda nümayiş olunur, qalan eksponatlar saxlancdadır.

 

“Xalq qəzeti”

3 2019 20:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə