Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ötən il şəhid ailələri və müharibə əlillərinə 626 mənzil verilib

Ötən il şəhid ailələri və müharibə əlillərinə 626 mənzil verilib

Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olmuş döyüşçü ailələrinin və əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların yeni mənzillərlə təminatı Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biridir.
2018-ci il avqustun 1-də Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə daha 35 mənzilin təqdim olunması mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirak etməsi də həssas qruplara yüksək diqqətin, qayğıkeş münasibətin növbəti ifadəsi idi. Həmin tədbirdə dövlətimizin başçısı “İlin sonuna qədər nəzərdə tutulan rəqəm əlavə 170 mənzil və fərdi evdir. Bununla belə, nəzərə alsaq ki, hələ də növbədə kifayət qədər insan var, təqribən 4 minə yaxın insan növbədədir, mən əlavə vəsait ayıraraq bu il minimum daha 300 mənzilin alınması ilə bağlı qərar qəbul edəcəyəm”-- deyə bildirmişdi. 
Beləliklə, dövlət başçısının 2 avqust 2018-ci il tarixli sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrıldı ki, bu da 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən həmin kateqoriyalardan olanlara nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla, 626 mənzilin təqdim edilməsinə imkan verdi. 
Qeyd olunan 35 mənzilin verilməsindən sonra nazirlik tərəfindən Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış 145 mənzil və Mehdiabad qəsəbəsində 72 mənzil, Bakının Qaradağ rayonunda 200, İmişlidə 54, Şamaxıda 36 mənzil, o cümlədən regionlarda fərdi evlər şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim olundu. Bununla da 2018-ci ilin sonuna ölkədə mənzillə təmin edilmiş Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sayı 6,7 minə çatdı. 
ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, dövlət başçısının tapşırığına əsasən, 2019-cu ildə azı 800 mənzilin həmin kateqoriyalara aid olan şəxslərə verilməsi nəzərdə tutulur. 

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

3 2019 20:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə