Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəki Suvarma Sistemləri İdarəsi 2019-cu ildə istismar tədbirləri üçün mal-materialların satınalınması və xidmətlərin yerinə yetirilməsi məqsədilə AÇIQ TENDER ELAN EDİR

Şəki Suvarma Sistemləri İdarəsi  2019-cu ildə istismar tədbirləri üçün mal-materialların satınalınması və  xidmətlərin yerinə yetirilməsi məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Əsaslı və cari təmir işlərində lazım olan mal-materialların satınalınması.
Lot-2. Maşın-mexanizmlərə ehtiyat hissələrinin və sürtkü yağlarının satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 60 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Şəki şəhəri, S.Rəhman küçəsi 25 nömrəli ünvanda yerləşən Şəki Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs- Ə.Mustafayevdən, telefon:02424-4-33-84) ala bilərlər.
Təşkilat- Şəki SSİ
Şəki YXO
H/h- 32051019447000201170
VÖEN- 3000104011
(Şəki SSİ 3000103891)
Bank- “Kapital Bank”ın Şəki filialı
Kod- 200703
VÖEN- 9900003611
M/h- AZ37 NABZ 01350100000000001944
S.W.İ.F.T.BİK -AIIBAZ2x
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 23 yanvar 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 31 yanvar 2019-cu il saat 18.00-a qədər Şəki Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 1 fevral 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası 

3 2019 20:52 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 Fevral 2019 | 03:37
B İ L D İ R İ Ş
21 Fevral 2019 | 03:36
B İ L D İ R İ Ş
21 Fevral 2019 | 03:36
B İ L D İ R İ Ş

Ən son xəbərləri səhifəmizdən də izləyin