Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pirəzə (Ağdaş) Mexaniki Suvarma İdarəsi 2019-cu ildə cari və əsaslı təmir işlərinin görülməsi üçün mal-material və ehtiyat hissələrinin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Pirəzə (Ağdaş) Mexaniki Suvarma İdarəsi  2019-cu ildə cari və əsaslı təmir işlərinin görülməsi üçün mal-material və  ehtiyat hissələrinin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçirilir.
Lot -1. Mexanizmlərin və nəqliyyat vasitələrinin təmiri üçün ehtiyat hissələrinin satınalınması.
Lot -2. Mexaniki avadanlıqların və nasosların təmiri üçün ehtiyat hissələrinin satınalınması.
Lot-3. Hidrotexniki qurğuların, dizel və elektrik mühərriklərinin təmiri üçün mal-materialların və ehtiyat hissələrinin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: -aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 50 manat məbləğə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Pirəzə (Ağdaş) Mexaniki Suvarma İdarəsindən (Ağdaş rayonu, Pirəzə kəndi) ala bilərlər.
Əlaqələndirici şəxs- Nofəl Məmmədov.
Telefon- 050-320-09-14.
Təşkilat- Pirəzə Mexaniki Suvarma İdarəsi (Ağdaş) YXO
VÖEN- 3300093741
H/h- AZ27 AİİB 32051019446000201160
VÖEN- 3300102051
Bank- “Kapital Bank”ın Ağdaş filialı
Kod- 200606
VÖEN- 9900003611
M/h- AZ37 NABZ 01350100000000001944
S.W.İF.T.BİK - AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 23 yanvar 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 31 yanvar 2019-cu il saat 17.00-a qədər Pirəzə (Ağdaş) Mexaniki Suvarma İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 1 fevral 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

3 2019 20:52 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 Aprel 2019 | 11:46
B İ L D İ R İ Ş
20 Aprel 2019 | 11:46
B İ L D İ R İ Ş

Ən son xəbərləri səhifəmizdən də izləyin