Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Su İdmanı sarayı” MMC 2019-cu ildə hovuzlar üçün istifadə olunacaq xlor, duz tablet və sulfat turşusunun satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

 “Su İdmanı sarayı” MMC  2019-cu ildə hovuzlar üçün istifadə olunacaq xlor, duz tablet və  sulfat turşusunun satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 3 (üç) lot üzrə keçirilir.
Lot – 1. Xlor (11%-13%) .
Lot – 2. Sulfat turşusu. 
Lot – 3. Duz tablet (mozırsol).
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: 
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Bağlanılacaq müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maddi-texniki bazaya malik olmalıdırlar. 
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 100 (yüz) manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Səbail rayonu, akademik Əhəd Yaqubov küçəsi 15 nömrəli ünvanda yerləşən “Su İdmanı sarayı”ndan (əlaqələndirici şəxs – Bəhruz Zeynizadədən, telefon: 055-530-99-98) ala bilərlər.
Təşkilat: “Su İdmanı sarayı” MMC
Hh: AZ58PAHA38090AZNHC0290048918
VÖEN: 1701859441 
Bank: “PAŞA Bank” ASC
Kod: 505141
VÖEN: 1700767721
Mh: AZ82NABZ01350100000000071944
SWIFT: PAHAAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır). 
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
- iddiaçının son bir illik fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir illik maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- iddiaçının tenderdə iştirakına təsir edə biləcək digər müvafiq məlumatlar.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 6 fevral ­2019-cu il saat 17.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 14 fevral 2019-cu il saat 17.00-dək Bakı şəhəri, Səbail rayonu, akademik Əhəd Yaqubov küçəsi 15 nömrəli ünvanda yerləşən Su İdmanı sarayının tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 15 fevral 2019-cu il saat 12.00-da Bakı şəhəri, Səbail rayonu, akademik Əhəd Yaqubov küçəsi 15 nömrəli ünvanda yerləşən Su İdmanı sarayında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Tender komissiyası

3 2019 20:51 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
19 Aprel 2019 | 00:06
B İ L D İ R İ Ş
19 Aprel 2019 | 00:05
B İ L D İ R İ Ş
19 Aprel 2019 | 00:04
B İ L D İ R İ Ş

Ən son xəbərləri səhifəmizdən də izləyin