Ən son xəbərlər

Son buraxılış
Arxiv

Göygöl Suvarma Sistemləri İdarəsi 2019-cu il üçün AÇIQ TENDER ELAN EDİR

Göygöl Suvarma Sistemləri İdarəsi 2019-cu il üçün AÇIQ TENDER ELAN EDİR

Lot-1. Subartezian quyularının və nasos stansiyalarının cari təmiri üçün mexaniki və elektrik avadanlıqlarının satınalınması.
Lot-2. Əsaslı və cari təmir üçün tikinti materiallarının satınalınması.
Lot-3. Mexanizmlər və avtomobillər üçün ehtiyat hissələrinin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 60 manat məbləğdə iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Gəncə şəhəri, Totanlı küçəsi 111 nömrəli ünvanda yerləşən Göygöl Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs- R.Həsənovdan, telefon- (02220) 2-20-21) ala bilərlər.
Təşkilat: Göygöl Suvarma Sistemləri İdarəsi
H/h- AZ30 AİİB 32051019448300201183
VÖEN- 7600031051
Bank- “Kapital Bank”ın Göygöl filialı
Kod- 200833
VÖEN- 9900003611
M/h- 137010001944
S.W.İ.F.T.BİK AİİBAZ 2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 6 fevral 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 14 fevral 2019-cu il saat 18.00-a qədər Gəncə şəhəri, Totanlı küçəsi 111 nömrəli ünvanda yerləşən Göygöl SSİ-yə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 15 fevral 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

3 2019 20:51 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 Fevral 2019 | 03:37
B İ L D İ R İ Ş
21 Fevral 2019 | 03:36
B İ L D İ R İ Ş
21 Fevral 2019 | 03:36
B İ L D İ R İ Ş

Ən son xəbərləri səhifəmizdən də izləyin