Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Con Batçelor Şou” amerikalı radio dinləyicilərini Gəncə şəhəri barədə ətraflı məlumatlandırıb

“Con Batçelor Şou” amerikalı radio dinləyicilərini Gəncə şəhəri barədə ətraflı məlumatlandırıb

ABŞ-ın məşhur və geniş dinləyici auditoriyası olan “Con Batçelor Şou” (John Batchelor Show) radioverilişinin aparıcısı Con Batçelorun Azərbaycanla bağlı hazırladığı növbəti veriliş Gəncə şəhərinə həsr edilib. 
AZƏRTAC xəbər verir ki, ­radioverilişin qonağı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev olub.    
Əvvəlcə Con Batçelor Gəncə şəhərinin tarixinə nəzər salıb. Bildirib ki, Azərbaycanın digər şəhərləri kimi, Gəncə də sürətlə inkişaf edir. Vurğulayıb ki, verilişin hazırlanmasında əsas məqsəd amerikalı dinləyiciləri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə ilə yaxından tanış etməkdir.
Şəhər icra hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində ölkəmizin bütün şəhərlərinin inkişaf etdiyini vurğulayıb. O qeyd edib ki, Gəncə  qədim şəhərdir, Nizami yurdudur. Şəhərdə bir çox parklar, xiyabanlar, muzeylər var. Lakin bu deyilənlərin canlı şahidi olmaq üçün, əlbəttə ki, Azərbaycana, Gəncəyə səfər etmək lazımdır. 
Amerikalı aparıcı Gəncə şəhərində kənd təsərrüfatının da inkişaf etdiyini deyib, insanların həvəslə əkinçiliklə məşğul olmalarını yüksək qiymətləndirib. 
İcra başçısının birinci müavini vurğulayıb ki, dövlətimizin başçısının tapşırığı ilə ölkəmizdə qeyri-neft sektoru inkişaf etdirilir, o cümlədən kənd təsərrüfatı, turizm sahələrində böyük uğurlar əldə olunub. “Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət bundan ibarətdir ki, hər bir vətəndaşın güzəranı yaxşı olsun. Görülən bütün işlər bu istiqamətdədir”, - deyə Elnur Rzayev əlavə edib.
Verilişdə bu yaxınlarda Gəncə şəhərində törədilən təxribatlara da toxunulub.
Elnur Rzayev bildirib ki, təəssüf, bəzi qüvvələr Azərbaycanda sabitliyi və ölkənin inkişafını istəmirlər. Onlar bunu pozmaq üçün istənilən vasitədən istifadə etməyə cəhd göstərirlər.
Xatırladaq ki, ABŞ-ın məşhur və geniş auditoriyaya malik olan “Con Batçelor Şou” radioverilişinin aparıcısı Con Batçelor iyulun 29-dan avqustun 4-dək Azərbaycanda səfərdə olub və silsilə verilişlər hazırlayıb.

16 2018 22:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2019 | 11:32
Atəşkəs rejimi 20 dəfə pozulub

Köhnə versiyamızdan xəbərləri izlə