Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ötən il özünüməşğulluq proqramı çərçivəsində 4100-dən çox təsərrüfat yaradılıb

Ötən il özünüməşğulluq proqramı çərçivəsində 4100-dən çox təsərrüfat yaradılıb

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əvvəlki illə müqayisədə 6,5 dəfə çox olmaqla, 7800-dək ailə cəlb edilib.

Onlardan bu günədək 4100-dən çoxuna mal və materiallar təqdim olunub. Həmin ailələrin biznes planlarına uyğun şəkildə müxtəlif iqtisadi fəaliyyət növləri üzrə kiçik təsərrüfatlarının yaradılması təmin edilib. Bu da onların öz zəhmətləri hesabına gəlirlərini artırmalarına və dövlət yardımından asılılığının aradan qalxmasına, sahibkarlığa çıxış imkanı əldə etmələrinə şərait yaradıb. 

Özünüməşğulluq proqramında xüsusilə həssas qrupların fəal iştirakına diqqət yönəldilib. Belə ki, proqrama cəlb edilənlərin 1000 nəfərdən çoxunu əlilliyi olan şəxslər, 1000 nəfərə qədərini sosial yardım alan ailələrin üzvləri, 400 nəfərə qədərini sağlamlıq imkanları məhdud uşaqları olan valideynlər, 160 nəfərini şəhid ailələrinin üzvləri, 1300 nəfərə qədərini məcburi köçkünlər, 70 nəfərini penitensiar müəssisələrdə cəza çəkməkdən azad  edilənlər və b. təşkil edir.

 

Z.BƏŞİRQIZI,
“Xaıq qəzeti”

3 2019 16:20 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə