Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Misirə sərmayə yatıran əcnəbilər ölkə vətəndaşlığı ala bilərlər

Misirə sərmayə yatıran əcnəbilər ölkə vətəndaşlığı ala bilərlər

Misir Prezidenti Əbdül Fəttah əs-Sisi əcnəbilərə pul  qarşılığında vətəndaşlıq verilməsi haqqında qanun layihəsini təsdiqləyib. Bu barədə “Əl Əxbar” nəşri məlumat dərc edib.
Mənbə qeyd edir ki, sözügedən qanun layihəsi ölkəyə xarici sərmayə qoyuluşunu dəstəkləmək məqsədilə qəbul edilib.
Qeyd edək ki, yeni qanun layihəsinə əsasən, ölkəyə səfər edən əcnəbi vətəndaşlar hər hansı Misir bankında ən azı 7 milyon Misir funtu (təxminən 393 min dollar) məbləğində hesab açarlarsa, onlara vətəndaşlıq verilə bilər.
Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

 

16 2018 21:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə