Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qrossmeyster Məmmədyarov dünya çempionatının gümüş mükafatçısıdır

Azərbaycan şahmatının lideri Şəhriyar Məmmədyarov yeni il ərəfəsində xalqımızı rapid üzrə dünya çempionatının gümüş medalı ilə sevindirmişdir. 
Qrossmeysterimiz Sankt-Peterburqda yenicə başa çatmış çempionatda 15 mümkün xaldan 10,5 xal toplayaraq, 11 xalla dünya çempionu olmuş rusiyalı Daniil Dubovdan sonra ikinci yeri tutmuşdur.
Dünya çempionatının medalları uğrunda 205 şahmatçı mübarizə aparmışdır. Məmmədyarov kimi, Hikaru Nakamura (ABŞ), Vladislav Artemyev (Rusiya) , Maqnus Karlsen (Norveç) də 10,5 xal toplamış, ancaq əlavə göstəricilərə görə təmsilçimizdən geri qalmışlar.
Azərbaycanın digər şahmatçılarından Qədir Hüseynov və Rauf Məmmədov çempionatı müvafiq surətdə 9 və 8 xalla başa vurmuşlar.
Qadınların çempionatında isə 124 iştirakçı çıxış etmişdir. Qızıl medalı çinli Szyun Venszyun qazanmışdır – 12 mümkün xaldan 10 xal. Həmyerlilərimiz arasında ən yaxşı nəticəni 7,5 xalla 18-ci yeri tutan Gülnar Məmmədova göstərmişdir. Günay Məmmədzadə 7, Zeynəb və Türkan Məmmədyarovalar 5,5 xal toplamışlar.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

 

29 Dekabr 2018 21:38 - İDMAN
İDMAN
19 Yanvar 2021 | 01:05
Superkubokun qalibi
15 Yanvar 2021 | 23:51
Luka Yoviç icarəyə verilib

Köhnə versiyamızdan xəbərləri izlə