Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tükəzban İsmayılova xatırlandı

Tükəzban İsmayılova xatırlandı

Beynəlxalq Muğam Mərkəzində xalq artisti Tükəzban İsmayılovanın xatirəsinə həsr olunmuş konsert keçirilib. Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində keçirilən konsert görkəmli Azərbaycan müğənnisi, xalq artisti Tükəzban İsmayılovanın xatirəsinə həsr olunmuşdu.

Tədbir Azərbaycan Televiziyası və Radiosu "Mədəniyyət" kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdi.

Konsertdə Tükəzban İsmayılovanın repertuarında olan mahnılar səsləndi. Xalq artisti Teymur Mustafayev - "Maralım", əməkdar artistlər Arzu Əliyeva - "Yolunu gözləyirəm", Rəşad İlyasov - "Yar incidi", Cavanşir Məmmədov -"Ceyranım gəl", Gülüstan Əliyeva -"Ey pəri", Firuzə İbadova -"Gəl gözəlim", Azərbaycan Televiziyası və Radiosunun solistləri Günay İmamverdiyeva -"Bülbüllər oxur", Rəvanə Əmiraslanlı -"Qaragöz"  və xanəndə Ariz Hüseynov -"Buludlar" mahnılarını ifa etdilər.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

29 Dekabr 2018 14:41 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Sentyabr 2019 | 11:27
Azərbaycan kinosu günləri
19 Sentyabr 2019 | 15:36
Muzeyin 25 illiyi qeyd olunub

Köhnə versiyamızdan xəbərləri izlə