Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İlin ən dəbli məşhurları seçilib

İlin ən dəbli məşhurları seçilib

Onlar bu ilin payız-qış mövsümündə hər ikisi parlaq çəhrayı paltarda görüntüləniblər. 2018-ci ilin ən dəbli məşhurları müəyyən edilib.

Amerikalı müğənni Ledi Qaqa 2018-ci ilin ən dəbli məşhuru hesab edilib. İfaçı təqdimat mərasimlərinin birinə qatıldığı şalvarlı kostyumu ilə birinci yerdə qərarlaşıb.

Siyahıda ikinci sırada Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Markl qərar tutub. Məlumata görə, o hər dəfə qüsursuz geyim stili ilə gündəmə gəlir. Hersoginya ekoloji materiallardan geyim və ayaqqabı hazırlayan brendlərə üstünlük verir.

Ən dəbli məşhurların üçlüyündə 3-cü yeri aktrisa Cennifer Lopes və aktrisa Treysi Ellis Ross bölüşüblər. Belə ki, onlar bu ilin payız-qış mövsümündə hər ikisi parlaq çəhrayı paltarda görüntüləniblər.

Ən dəbli məşhurlar onluğunda müğənni Beyons, aktrisa Priyanka Çopra, Rami Malek, Timoti Çelamet, Maykl Bakari Corcan və model Kaya Herber də yer alıb.

 

Hazırladı:
M,MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

29 Dekabr 2018 14:36 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Sentyabr 2019 | 11:27
Azərbaycan kinosu günləri
19 Sentyabr 2019 | 15:36
Muzeyin 25 illiyi qeyd olunub

Köhnə versiyamızdan xəbərləri izlə