Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Emal müəssisələrinin sayı artır

Emal müəssisələrinin sayı artır

Ölkəmizdə pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı olaraq emal müəssisələrinin sayı və məhsuldarlığının artırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bu istiqamətdə görülən işlər çərçivəsində yaxın günlərdə Ucar rayonunda illik emal gücü 40 min ton olan pambıq emalı zavodunun tikintisi  başa çatdırılacaq. Zavodda digər emal məhsulları ilə yanaşı, ildə 20 min ton pambıq yağı və 2500-3000 ton lifsiz pambıq toxumu istehsal ediləcək. Bununla da lifsiz pambıq toxumu istehsal edəcək müəssisənin fəaliyyəti hesabına ölkədə pambıq toxumuna olan tələbat tam ödəniləcək.

Pambıqçılıq məhsulları üzrə emal dərinliyinin artırılması hesabına bu sahədə yaradılacaq əlavə dəyərin daha da artırılması üçün 2021-ci ilədək Mingəçevir Sənaye Parkının nəzdində daha 9 müəssisənin inşasına başlanılıb.

 

                                                            

                                                                                    Əlipənah BAYRAMOV, “Xalq qəzeti”

 

 

16 2018 18:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Sentyabr 2019 | 11:22
Atəşkəs rejimi 22 dəfə pozulub

Köhnə versiyamızdan xəbərləri izlə