Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Profilaktik dezinfeksiya tədbirləri gücləndirilir

Profilaktik dezinfeksiya tədbirləri gücləndirilir

Təsərrüfat obyektlərində patogen mikroorqanizmləri məhv etməklə epizootik prosesin baş verməsinin qarşısı alınır. Ona görə də epizootiya əleyhinə tədbirlərdə, ən əsas işlərdən biri də profilaktik dezinfeksiyanın aparılmasıdır. Bu məqsədlə Bakı şəhəri, Salyan, Hacıqabul və Saatlı rayonlarında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin yerli qurumları ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında dezinfeksiya tədbirləri həyata keçirir. Dezinfeksiya zamanı, xüsusilə yem və su qablarının, divarların aşağı hissələrinin, arakəsmələrin, kanalizasiya xətlərinin təmizliyinə fikir verilib. Mexaniki təmizlikdən sonra dezinfeksiyanın asan və yaxşı getməsi üçün hər kvadrat metr sahəyə 0,5 litr 1 faizli kaustik soda məhlulu ilə çiləmə aparılıb.

Dezinfeksiyadan sonra təsərrüfatin qapı və pəncərələri açılaraq bina daxilində ikitərəfli hava cərəyanı yaradılaraq qaz halında olan zəhərli birləşmələr təmizlənir. Obyektlər dezinfeksiyadan sonra təsərrüfat sahiblərinin istifadəsinə verilir.

Qeyd edək ki, Dövlət Baytarlıq Xidməti tərəfindən cari ilin yanvar-iyul ayları ərzində respublikada 2497216,13 kv. metr sahə profilaktik, 369611 kv. metr  sahə məcburi dezinfeksiya, 69100 kv. metr sahə dezinseksiya və 1186 kv.metr sahə deratizasiya tədbirlərinə cəlb edilib. Hazırda ölkə ərazisində epizootik durum sabitdir və təşkilati-təsərrüfat tədbirləri davam etdirilir.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

16 2018 18:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə