Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aqrar sahənin inkişafında yeni mərhələ

Aqrar sahənin inkişafında yeni mərhələ

Hazırda ölkəmizdə kənd təsərrüfatının inkişafına xüsusi qayğı göstərilir. Bu sahənin inkişafı sosial-iqtisadi və siyasi problemlərinin həllində, regionlarda yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, valyuta axının qarşısının alınması, vətəndaşların keyfiyyətli və əlçatan kənd təsərrüfatı məhsulları ilə təminatı duran əsas məqsədlərdən biridir.

Salyan rayonunda pambıqçılığın inkişafına həsr olunmuş respublika müşavirəsində bu barədə geniş söhbət açılıb. Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyev tərəfindən Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi aqrar sahənin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyib. Bununla da kənd təsərrüfatı sahəsində sosial-iqtisadi göstəricilər yüksəlib və respublikada bu sahənin inkişafı prosesində əhəmiyyətli uğurlar əldə edilib. 

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

16 2018 18:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 İyul 2019 | 12:52
ANAMA 21 yaşında

Köhnə versiyamızdan xəbərləri izlə