Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu il 800 mindən çox Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib

Bu il 800 mindən çox Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib

2018-ci ilin yanvar-noyabr aylarında Türkiyəyə Azərbaycandan 802 820 turist səfər edib.

Bu barədə Trend-ə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Cari ilin 11 ayı ərzində Türkiyəyə gedən azərbaycanlı turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12,57 faiz artıb.

Bu müddət ərzində Türkiyəyə gələn əcnəbilər arasında Azərbaycan turistlərinin payı 2,24 faiz təşkil edib.

Təkcə bu ilin noyabr ayında Azərbaycandan Türkiyəyə 59,1 min turist səfər edib ki, 2017-ci ilin noyabr ayı ilə müqayisədə bu, 9,51 faiz çoxdur.

28 Dekabr 2018 16:53 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə