Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pambıqçılığın inkişafına həsr olunmuş respublika müşavirəsi

Pambıqçılığın inkişafına həsr olunmuş respublika müşavirəsi

Salyanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Bərdə rayonunda keçirilmiş “Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndə verilmiş tapşırıqların icrasına həsr olunmuş respublika müşavirəsi keçirilib.

Müşavirədə çıxış edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycanda pambıqçılığın zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu bildirib və cənab Prezidentin qəbul etdiyi qərarların, verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaratdığını deyib.

Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov “Pambığın intensiv texnologiyalar əsasında becərilməsi”, kənd təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov “Cari ildə pambıq əkininin vəziyyəti”, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədri Seymur Mövlayev “Pambıqçılıqda texnika, gübrə və pestisidlərlə bağlı mövcud vəziyyət”, Dövlət Fitosanitar Xidmətinin rəisi Ələddin Eyvazov “Pambıq əkinlərində səmərəli bitki mühafizə tədbirlərinin təşkili mövzularında çıxışlar ediblər.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

16 2018 18:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə