Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aztəminatlı ailələrə birdəfəlik yardımların ödənişi təmin olunub

Aztəminatlı ailələrə birdəfəlik yardımların ödənişi təmin olunub

Ünvanlı dövlət sosial yardım alanlara birdəfəlik ödəmələrin verilməsi prosesi yekunlaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli sərəncamı tam olaraq icra edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 (yüz) manat məbləğində birdəfəlik yardımın ödənilməsini başa çatdırıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, birdəfəlik yardım aztəminatlı ailələrin bayram ərəfəsi maddi təminatlarına dəstək məqsədilə, artıq onların bank hesablarına köçürülüb.

Qeyd edək ki, dövlət başçısının imzaladığı sərəncam ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə birdəfəlik yardım ödənilməsini nəzərdə tutmaqla, həmin ailələrə növbəti qayğıdır. Sərəncama əsasən, bu məqsədlə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsindən 5 milyon manat ayrılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

28 Dekabr 2018 16:26 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə