Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Universal klaviatura təqdim edilib

Universal klaviatura təqdim edilib

İstənilən səth üzərində lazer şüası ilə proyeksiya edilən universal klaviatura təqdim olunub. Qurğu deaktivasiya edildikdə smartfon üçün üzlük kimi istifadə oluna bilər. www.techcult.ru saytı yazır ki, bu ideyanın müəllifləri 2014-cü ildən proyeksiya edilən klaviatura texnologiyası üzərində çalışırdılar. Onlar fiziki klaviaturalardan imtinanı reallığa çevirəcək universal qadcet hazırlamağa nail olublar. Bu, istifadəçinin istənilən vaxt masa üzərində və ya divarda klaviaturanın virtual analoqunu aça bilməsi üçündür. Proyektor təsvirin diaqonal üzrə 120 düymə qədər böyüdülməsini təmin edir.

“Masterkey 4.0” 245x110 mm ölçülərlə proyeksiya edilir, qurğuya inteqrasiya edilmiş infraqırmızı kamera düymələrin sıxılmasını dəqiqədə 350 simvol sürətlə izləyir. Klaviatura “iOS” və “Android” əməliyyat sistemi ilə işləyən smartfonlara Bluetooth 4.0, başqa qurğulara isə USB və ya HDMI vasitəsilə qoşulur. Daxili batareyanın tutumu 5200 milliamper/saat təşkil edir, “microSD” portuna malikdir.

Startap proyeksiya edilən klaviaturanı iki versiyada təklif edir: əsas klaviaturanı 179 dollara, biznes üçün nəzərdə tutulmuş modeli isə 225 dollara əldə etmək mümkündür. Qurğunun 2019-cu ilin yanvar ayında satışa çıxarılması planlaşdırılır.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 

16 2018 17:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Sentyabr 2019 | 11:22
Atəşkəs rejimi 22 dəfə pozulub

Köhnə versiyamızdan xəbərləri izlə