Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu il "Azərişıq" ASC-yə 3000 sahibkar müraciət edib

Bu il

2018-ci il ərzində "ASAN xidmət" və ASAN kommunal mərkəzləri vasitəsi ilə "Azərişıq" ASC-yə 3000 sahibkar müraciət edib.

Bunu mətbuat konfransında “Azərişıq” ASC-nin Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli bildirib: "Bu il "ASAN xidmət" və ASAN kommunal mərkəzləri vasitəsi ilə "Azərişıq" ASC-yə 40 min abonent müraciət edib. Ümumi müraciətlərin sayına gəlincə isə bu 203 min olub. Ötən il bu rəqəm 140 min təşkil edib. Gün ərzində 200-dən artıq müraciət qeydə alınır ki, bunun da 30-35 fazi Bakının payına düşür".

"Azərişıq" rəsmisi qeyd edib ki, gələn il  200-dən artıq kəndin elektrik enerjisi şəbəkəsinin yenidən qurulması nəzərdə tutulur. Bütün kəndlərdə 0,4 kVt-luk şəbəkələr qurulacaq: "Hazırda "ASAN xidmət" xətti ilə 13 xidmət göstərilir. Növbəti il üçün daha 2 xidnət bu siyahıya əlavə ediləcək ".

28 Dekabr 2018 15:42 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə