Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hindistanın incəsənət ustalarının ifasında ”Radha və Krişna” baleti təqdim olunub

Hindistanın incəsənət ustalarının ifasında ”Radha və Krişna” baleti təqdim olunub

Beynəlxalq Muğam Mərkəzində Hindistan Respublikasının Müstəqillik Günü münasibətilə,  Azərbaycandakı Hindistan Asssosasiyası (IAA) və Hindistan Mədəni Əlaqələr Şurasının (ICCR) dəstəyi ilə Dehli Balet Qrupunun ifasında “Radha və Krişna” baletinin tamaşası olub.

Tədbirin başlanğıcında Azərbaycanın və Hindistanın Dövlət himnləri səslənib.Açılış nitqi ilə çıxış edən Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana qeyd edib ki, ”Radha və Krişna” baleti  Nobel mükafatı laureatı, şair Rabindranat Taqorun “Bhanusingher  Padabali” poetik əsərinə əsaslanır. Bu, 1875-ci ildə Taqorun 14 yaşında olarkən nəşr olunan ilk poetik əsəridir.Tamaşa şair Jaidevin şeirlərindən ilhamlanaraq əbədi sevənlər- Radha və Krişna haqqında mifoloji hekayələri nəql edir.Əsər tamaşaçılara Taqorun sərhədsiz dünya arzusunu yerinə yetirmək üçün təkrarolunmaz bir istiqamət verir.

Hindistan səfiri çıxışının sonunda  əsası 1954- cü ildə Guru Valmik Banerjee tərəfindən qoyulan Dehli Balet Qrupuna, Hindistanın xalq rəqsləri, musiqisini və  baletlərini səhnəyə qoyan başlıca mədəniyyət qurumuna, tamaşanın təqdim edilməsi üçün bütün təşkilatçılara  minnətdarlığını bildirib.

Tamaşanı  göstərən  balet qrupunun ifası  dəfələrlə  hərarətli alqışlarla qarşılanıb, balet ustalarına gül-çiçək dəstələri təqdim edilib.

 

Afət Sadıqoğlu,
“Xalq qəzeti”

16 2018 17:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Sentyabr 2019 | 11:22
Atəşkəs rejimi 22 dəfə pozulub

Köhnə versiyamızdan xəbərləri izlə