Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İctimai Şura gələn il üçün fəaliyyət istiqamətlərini müzakirə edib

İctimai Şura gələn il üçün fəaliyyət istiqamətlərini müzakirə edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) İctimai Şuranın üzvləri ilə görüş keçirilib. Nazir Sahil Babayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial sahə ilə bağlı islahatlar proqramına uyğunolaraq, nazirlik tərəfindən 2018-ci ildə aparılan islahatlar prosesində vətəndaş cəmiyyətlərinin geniş iştirakının təmin edilməsi üçün müvafiq işlər aparıldığını deyib.

İctimai Şurada 14  vətəndaş cəmiyyəti institutunun təmsil olunduğunu qeyd edən nazir, əmək, məşğulluq, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi, tibbi-sosial reabilitasiya sahələri üzrə xidmətlərdə  şəffaflığın, sosial ədalət prinsipinin təmin edilməsinin əsas hədəflərdən olduğunu vurğulayıb.

S.Babayev bildirib ki, həmin sahələrdə güclü ictimai nəzarətin qurulmasında, bu və ya digər aidiyyəti fəaliyyət sahəsində nöqsan və çatışmazlıqların aşkar edilməsi və aradan qaldırılmasında, müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsində İctimai Şuranın gördüyü işlər, onların monitorinqləri, rəy və təklifləri xüsusi önəm kəsb edir. S.Babayev Nazirliyin İctimai Şura ilə qarşılıqlı fəaliyyətinin daha səmərəli və sistemli təşkili üçün aparılan işləri qeyd edib.

İctimai Şuranın sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev nazirliyin fəaliyyət sahələrində ictimai nəzarətin təşkiili, monitorinqlərin aparılması, qanunvericilik layihələri ilə Şura üzvlərinin yaxından tanış olması, ictimai dinləmələrin keçirilməsi və s. kimi sahələrdə nazirlik tərəfindən yaradılan şəraitdən razı qaldığını bildirib. O, Şuranın rəy və təkliflərinə daim diqqətlə yanaşıldığını, onların nəzərə alındığını deyib.

Şura üzvləri əmək, məşğulluq, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi, tibbi-sosial reabilitasiya sahələrində geniş miqyasda islahatların aparılması və həssas qruplarla bağlı sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirilməsi ilə bağlı müsbət fikirlərini bildiriblər.

Görüşdə İctimai Şuranın 2018-ci ilin ötən dövründə keçirdiyi monitorinqlər, iclaslar, ictimai dinləmələr barədə məlumat verilib. Toplantıda Şuranın 2019-cu il üçün fəaliyyət planının layihəsi də müzakirə olunub.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

28 Dekabr 2018 12:12 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə