Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində bayram konserti keçirildi

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində bayram konserti keçirildi

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni ilə həsr olunmuş bayram konserti keçirilib.

Akademiyanın akt zalında təşkil olunan konsert başlamazdan öncə izləyicilərə tarixi hadisələr və görkəmli şəxsiyyətlər, eləcə də ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr və həmrəylik gününün təsis edilməsi kimi məsələlri əhatə edən vətənpərvərlik mövzusunda videofilm nümayiş etdirilib.

Daha sonra Akademiyanın incəsənət fakültəsinin tələbələri bayram konsert proqramı ilə çıxış ediblər. Konsertdə Bakı Xoreoqrafiya Akademiyasının tələbələri Əməkdar artistlər Yuri Lobaçov və Nigar Rzayevanın təqdimatında “Tanqo” rəqsi, İncəsənət fakültəsinin I və III kurs tələbələrinin ifasında “Azərbaycan süitası”,  “Sevgi valsı”, “Yeni il”, “Aylı rəqsi”, “Uzun dərə”, “Yallı” və digər rəqslər nümayiş edilib, əsərlər səsləndirilib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

28 Dekabr 2018 11:28 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Avqust 2019 | 17:32
“Rast dünyası”

Köhnə versiyamızdan xəbərləri izlə