Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu!
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Siz böyük bir nəslin nümayəndəsi və böyük taleli insansınız. Siz Azərbaycan Respublikasının xalqına xidmət etdiyiniz illər ərzində öz ata-babanızın işini davam etdirməyə və Azərbaycan dövlətinin müasir rəhbərinə çevrilməyə qadir olduğunuzu sübut etmiş, zəngin ­quruculuq təcrübəsi və həmvətənlərinizin etimadını ­qazanmısınız. Siz dünya səviyyəsində nüfuz sahibisiniz. 
Dövlətlərimiz arasında strateji tərəfdaşlıq çərçivəsində Sizin Vladimir Vladimiroviç ilə birlikdə ­gördüyünüz işlər və Rusiya Federasiyası ilə Azərbaycan Respublikasını bir-birinə bağlayan mehriban qonşuluq, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə zati-alinizin sanballı şəxsi töhfəsi yüksək qiymətə layiqdir. 
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, mənəvi rahatlıq, firavanlıq, doğmalarınızın və dostlarınızın daimi dəstəyini arzu edirəm. Qoy Heydər Əliyevin böyük xatirəsi və böyük irsi Sizin üçün və bütün Azərbaycan xalqı üçün yolgöstərən ulduz və müqəddəs dəyər olsun.
Sizə və məsləkdaşlarınıza həyat eşqi, məqsədyönlülük, gümrahlıq və müsbət enerji diləyirəm.
Hörmətlə,

Ramazan Abdulatipov
Rusiya Federasiyası Prezidentinin Xəzər regionu dövlətləri ilə humanitar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi

28 Dekabr 2018 02:00 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə