Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şikayət yerində araşdırılıb

Şikayət yerində araşdırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Pirşağı qəsəbəsində fəaliyyət göstərən ictimai-iaşə obyektində qəfəsdə vəhşi quşların saxlanılması ilə bağlı şikayət daxil olub. Şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

      Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, araşdırma zamanı Sabunçu rayonu Pirşağı qəsəbəsində, dənizkənarı zonada fəaliyyət göstərən ictimai-iaşə obyektində qanunsuz olaraq təbiətdən götürülmüş 2 bozqır muymulu quşunun qəfəsdə saxlanıldığı faktı təsdiqini tapıb. Faktla bağlı obyektin sahibi Bəxtiyar Məmmədov barəsində protokol tərtib olunub və o İnzibati Xətalar Məcəlləsinə əsasən 500 manat məbləğində cərimə edilib. Vəhşi quşlar götürülərək  təbiətə buraxılıb.

    ETSN ətraf mühitin qorunması və təbiəti mühafizə sahəsində əsl vətəndaş mövqeyi nümayiş etdirən hər bir şəxsə təşəkkürünü bildirir və ekoloji qanun pozuntuları ilə rastlaşdıqda dərhal  nazirliyə və nazirliyin 168 nömrəli “Qaynar xətt”inə məlumat vermələrini xahiş edir. 

 

     Qəzənfər QASIMOV,
     “Xalq  qəzeti”

 

 

 

 

 

16 2018 17:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə