Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. 
Sizin zəngin siyasi təcrübəniz müasir dünya məsələlərini effektiv həll etməyə, habelə Rusiya ilə Azərbaycan arasında tarixi dostluğu dəstəkləməyə imkan verir. 
Ölkələrimiz arasında bərqərar olmuş mehriban qonşuluq münasibətlərinə Sizin şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm. Şübhəsiz ki, bu münasibətlər bundan sonra da Azərbaycan və Rusiya xalqlarının rifahına xidmət edəcək. 
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və məramlarınızı həyata keçirməkdə uğurlar diləyirəm. 
Dərin hörmətlə,

Maksim Oreşkin 
Rusiya Federasiyasının iqtisadi inkişaf naziri 

28 Dekabr 2018 01:59 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə