Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu!
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. 
Siz, dahi atanız – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin layiqli varisi və onun müdrik siyasətinin davamçısı kimi haqlı olaraq öz həmvətənlərinizin səmimi hörmətini, yetərincə təcrübəli və uzaqgörən dövlət xadimi kimi yüksək beynəlxalq nüfuz qazanmısınız. 
Siz Azərbaycanın sosial-iqtisadi inkişafı, ölkələrimiz arasında ənənəvi dostluğun, mehriban qonşuluğun və qarşılıqlı faydalı əməkdaşlığın təməlinin möhkəmləndirilməsi üçün misilsiz işlər görürsünüz. Bütün bunlara görə hər cür təşəkkürə və ehtirama layiqsiniz. 
Əminəm ki, Sizin zəngin təcrübənizə, nəcib keyfiyyətlərinizə və qeyri-adi qabiliyyətlərinizə Vətəninizdə bundan sonra da böyük ehtiyac olacaq. Çünki bu, azərbaycanlıların yaşayış səviyyəsinin və həyat keyfiyyətinin yüksəlməsinə, dünyada Azərbaycanın müsbət obrazının və nüfuzunun daha da möhkəmlənməsinə kömək edir. 
Bizim aramızda yaranmış dostluq münasibətlərini, qarşılıqlı anlaşmanı və etimadı yüksək qiymətləndirirəm. Moskvada və Bakıda görüşlərimizi xüsusi səmimiyyətlə xatırlayıram. Bu səmərəli əlaqələri və sıx birgə fəaliyyəti gələcəkdə də davam etdirməyə şad olaram.
Hörmətli İlham Heydər oğlu, Sizə və səmimi ailənizə möhkəm cansağlığı, səadət, əmin-amanlıq və uğurlar, qardaş Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzu edirəm. 
Dərin hörmətlə,

Leonid SLUTSKİ
Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri

 

28 Dekabr 2018 01:57 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə