Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, möhtərəm Prezident!
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. 
Siz uzun illərdir ki, rəhbərlik etdiyiniz ölkənin firavanlığının və dinamik inkişafının qayğısına qalan müdrik və istedadlı rəhbər kimi Azərbaycan sakinlərinin rifahı naminə çalışırsınız. 
Bakı Pravoslav Kilsəsinin və Bakı-Azərbaycan Yeparxiyasının fəaliyyətini dəstəklədiyinizə və onlara göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı bildirmək istərdim. Ümidvaram ki, bizim əməkdaşlığımız bundan sonra da öz bəhrələrini verəcək, cəmiyyətdə ənənəvi mənəvi-əxlaqi dəyərlərin bərqərar olmasına, Cənubi Qafqaz regionunda, dinlərarası və millətlərarası sülhün möhkəmlənməsinə şərait yaradacaq. 
Sizə möhkəm cansağlığı, Tanrıdan kömək və Azərbaycan xalqına xidmət kimi məsul fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə, 

KİRİLL
Moskvanın və bütün Rusiyanın Patriarxı

 

28 Dekabr 2018 01:56 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə