Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, hörmətli İlham Heydər oğlu!
Sizi doğum gününüz münasibətilə Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi, Rusiya Müftilər Şurası adından və şəxsən öz adımdan ürəkdən təbrik edir, Qadir Allaha dua edərək Sizə uzun ömür, möhkəm cansağlığı və xeyirxah təşəbbüslərinizdə Tanrının yardımını diləyirəm. 
Sizin ölçülüb-biçilmiş siyasətiniz, Azərbaycan Respublikasının konstitusion əsaslarının qorunub saxlanmasında və bərqərar olmasında prinsipial mövqeyiniz sayəsində ölkəniz mənəvi, intellektual və iqtisadi inkişaf yolunda inamla irəliləyir.
Hörmətli İlham Heydər oğlu, mən Qadir Allahdan Sizə və Azərbaycandan olan bütün qardaşlarımıza əmin-amanlıq və rifah diləyirəm. 
Amin.
Hörmətlə və xoş dualarla, 

Müfti şeyx Ravil Qaynutdin 
Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri, Rusiya Federasiyası Prezidenti yanında Dini Birliklərlə Qarşılıqlı Fəaliyyət Şurasının üzvü

28 Dekabr 2018 01:53 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə