Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Samsung” şirkəti yeni 5G modem təqdim edib

“Samsung” şirkəti  yeni 5G modem təqdim edib

“Samsung” şirkəti dünyada ilk kütləvi 5G modemini təqdim edib. Yeni modemin əsas özəlliyi mobil şəbəkədə məlumatların çox yüksək sürətlə ötürülməsidir.

Bildirilir ki, “Exynos Modem 5100” modemi 6 QHs diapazonunda 2 Qbit/s-dək, millimetrlik diapazonda isə 6 Qbit/s-dək maksimum qoşulma sürətini təmin edə bilər. Bu, 4G şəbəkəsinin imkanlarını müvafiq olaraq 1,7 və 5 dəfə üstələyir. Yeni avadanlığın sınaqları aparılır. Artıq reallığa yaxın şərtlər daxilində 5G stansiyası və modemin prototipi arasında məlumatların ötürülməsi həyata keçirilib.

Modem, həmçinin “2G GSM/CDMA”, “3G WCDMA”, “TD-SCDMA”, “HSPA” və “4G LTE” şəbəkələri ilə uyğunluğu saxlayacaq. Beləliklə, 5G əhatə dairəsi olmadıqda istifadəçi rabitəsiz qalmayacaq.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

16 2018 17:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Sentyabr 2019 | 11:22
Atəşkəs rejimi 22 dəfə pozulub

Köhnə versiyamızdan xəbərləri izlə